Sabahdan Yaponiyanın yeni imperatoru 59 yaşlı Naruhito olacaq
Sabahdan, mayın 1-dən etibarən Yaponiyanın yeni imperatoru 59 yaşlı vəliəhd-şahzadə Naruhito olacaq.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, aprelin 30-da , yerli vaxtla günün birinci yarısında Yaponiya imperatoru Akihito taxt-tacdan imtina ilə əlaqədar dini və ailə ayinlərini artıq başa vurub.
Orta əsrlər modasına uyğun geyimdə, başında qədim baş geyimi olan Akihito Tokionun mərkəzində yerləşən İmperator sarayındakı üç məbədi ziyarət edib. Bu məbədlər yapon monarxları sülaləsinin yaradıcısı hesab edilən Günəş ilahəsinə məxsusdur.
Həmin məbədlərdə imperator öz sələflərinə istirahətə getməsi barədə məlumat verib. Bundan sonra onun oğlu, vəliəhd-şahzadə Naruhito da həmin məbədlərdə müvafiq ayinləri icra edib.
Qeyd edək ki, buna qədər imperator Akihito ölkənin müxtəlif yerlərindəki müqəddəs yerlərə, o cümlədən Yaponiyanın ilk İmperatoru hesab olunan Cimmunun kurqanına, İse şəhərindəki Amaterasu ilahəsinin baş məbədinə və atası, imperator Hirohitonun mavzoleyinə baş çəkərək 11 belə ayini icra edib.
Aprelin 30-da günün ikinci yarısında İmperator sarayının möhtəşəm “Şam ağacı zalı”nda hökumətin üç qolunun nümayəndələrinin – nazirlərin, parlamentin hər iki palatasının sədrlərinin, Ali Məhkəmənin hakimlərinin, həmçinin yerli idarəetmə orqanlarının rəhbərlərinin iştirakı ilə rəsmi mərasim keçiriləcək. Mərasimdə baş nazir Şinzo Abe ölkə vətəndaşları adından imperator Akihitoya minnətdarlığını bildirəcək. Bundan sonra Akihito son dəfə İmperator kimi xalqa müraciət edəcək.
Bildirilir ki, Akihito aprelin 30-da günün son saniyəsinədək İmperator hesab olunacaq. Mayın 1-nin başlaması ilə onu taxtda 59 yaşlı oğlu, vəliəhd-şahzadə Naruhito əvəz edəcək. Həmin gün hakimiyyətin üç qolunun nümayəndələrinin iştirakı ilə keçiriləcək mərasimdə İmperatora məxsus iki əşya - qılınc və müqəddəs yaşma daşı yeni monarxa təqdim ediləcək. İmperatora məxsus üçüncü müqəddəs əşya - bürünc güzgü Amaterasu ilahəsinin İse şəhərindəki məbədində saxlanılır.
Zakir Həsənov Slovakiyada rəsmi səfərdədir
Hindistan Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyir
Faktiki hava:Bəzi rayonlarıa küləyin sürəti saniyədə 28 metrə çatır
İlham Əliyevə “Çingiz Aytmatov” ordeni təqdim edilib
AFFA “Turan Tovuz”la “Qarabağ”ı cərimələyib
Hazırda "bp"də 2401 nəfər Azərbaycan vətəndaşı çalışır
Əlcəzairli qadın Olimpiya çempionu kişi çıxıb
Tələbələrimiz ilk dəfə Tacikistanda təhsil alacaqlar
UEFA Avropa Liqası: “Qarabağ”ın səfər oyununa hakimi bəlli olub
Azərbaycan Şanxay Beynəlxalq İdxal Sərgisində təmsil olunur
Sabah Bakıda arabir yağış yağaca,14° isti olacaq
Paşinyanın qadın namizədi ədliyyə naziri təyin edilib
MİDA Sumqayıt və Lənkəranda tikdiyi mənzilləri satışa çıxarır
İlham Əliyev Qırğızıstana izgüzar səfərə gedib
Cari ildə “Azəri-Çıraq-Günəşli”dən 13 milyon ton neft çıxarılıb
Daxili İşlər Nazirliyi qadın əməkdaşlar üçün müsabiqə keçirir
İndiyədək BTC kəməri ilə 583 milyon ton neft nəql edilib
Cüdoçumuz Fərhad Rəcəbli 12 qat dünya çempionu olub
ABŞ-da prezident seçkiləri keçirilir
AQTA nöqsanlar aşkarlanan “Can Ciyər” kafesini bağlatdırıb
Azərbaycan nefti 76,19 dollara satılır
Küləkli hava şəraiti sabah səhər saatlarınadək davam edəcək
"İnterpol"la axtarılan şəxs Almaniyadan Azərbaycana ekstradisiya edilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb
Bakıda Dünya dini liderlərinin III Sammiti keçirilir