Yaponiya imperatoru Akihito bu gün könüllü olaraq taxtını tərk edəcək.
YeniAvropa "TASS" agentliyinə istinadla bildirir ki, imperator taxtı böyük oğluna, varis şahzadə Naruhitoya təhvil verəcək.
Bu münasibətlə hökmdarın Tokionun mərkəzindəki sarayında dini və dünyəvi mərasimlər keçiriləcək.
Günün birinci yarısında 85 yaşlı Akihito saray kompleksi ərazisində yerləşən, ölkənin əvvəlki imperatorlarına həsr edilmiş məbədə baş çəkəcək.