logo

İspaniyada parlament seçkilərində sosialistlər qəlib gəlib

14:10 29-04-2019 | icon 2863
İspaniyada parlament seçkilərində sosialistlər qəlib gəlib

Aprelin 28-də İspaniyada son dörd ildə artıq üçüncü seçkilər keçirilib.

 YeniAvropa xarici KİV-lərə istinadla xəbər verir ki, bülletenlərin 99,9 faizinin hesablanmasından sonra “İspaniyanın sosialist işçi partiyası” 350 nəfərlik konqresdə (parlamentin aşağı palatası) 123 mandat alıb. İkinci yerdə 66 mandatla sağ “Xalq partiyası”, üçüncü yerdə isə 57 mandatla mərkəzçi “Vətəndaşlar” partiyası qərarlaşıb. “Unidas Podemos” sol koalisiyası aşağı palatada cəmi 42 yer qazanıb. İfrat sağ VOX partiyası isə ilk dəfə olaraq konqresin deputatları sırasına daxil ola bilib (24 mandat). Parlamentdə digər yerləri isə müxtəlif muxtar cəmiyyətləri təmsil edən milliyyətçi partiyalar bölüşdürüb.

Baş nazirin təsdiq edilməsi üçün mütləq əksəriyyətin – 176 deputatın dəstəyini qazanmaq lazımdır.

İspaniyada hökumətin formalaşdırılması və büdcənin təsdiqi perspektivinə gəldikdə isə, sosialistlər qələbəyə baxmayaraq çətin vəziyyətə düşüb. “İspaniyanın sosialist işçi partiyası” bütün hallarda bundan əvvəl hökumət koalisiyasından çıxaraq növbədənkənar seçkilərə səbəb olan Kataloniya partiyalarının simasında dəstək axtarmalıdır.