logo

"Titanik" gəmisində tapılan konyak qabı hərracda satılıb

09:11 29-04-2019 | icon 2940
"Titanik" gəmisində tapılan konyak qabı hərracda satılıb

"Titanik" gəmisində tapılan konyak qabı hərracda 76 min funt-sterlinqə satılıb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, Edvard Kentə məxsus olan qab Viltşayr şəhərində “Henry Aldridge & Son” şirkəti tərəfindən hərraca çıxarılıb.

Xatırladaq ki, ilk səfərini İngiltərənin Sauthempton limanından ABŞ-ın Nyu-York şəhərinə doğru gerçəkləşdirən "Titanik" gəmisi 1912-ci il aprelin 14-də Atlantik okeanında aysberqlə toqquşduqdan 2 saat 40 dəqiqə sonra batıb. Göyərtəsindəki 1316 sərnişin və 908 heyət üzvündən yalnız 705 nəfər xilas ola bilib, 1514 nəfər həlak olub.