logo

“Mercedes”in pilotu Valtteri Bottas "Formula-1 Azərbaycan Qran-Pri"sinin qalibidir

17:58 28-04-2019 | icon 2814
“Mercedes”in pilotu Valtteri Bottas "Formula-1 Azərbaycan Qran-Pri"sinin qalibidir

“Mercedes” komandasının finlandiyalı pilotu Valtteri Bottas "Formula-1 SOCAR Azərbaycan Qran-Pri"sinin qalibi olub. O, 51 dövrəni hamıdan tez – 1 saat 31 dəqiqə 52,942 saniyəyə başa vurub.

 YeniAvropa xəbər verir  ki, onun komanda yoldaşı Luis Hamilton ikinci olub. Britaniyalı pilot komanda yoldaşından 1,524 saniyə geri qalıb.

İlk üçlüyü “Ferrari” komandasının sürücüsü Sebastian Fettel tamamlayıb (11,739 saniyə).

“Mercedes” komandası bu qələbə ilə Formula 1 üzrə dünya çempionatları tarixində yeni rekorda imza atıb. Belə ki, ilk dəfə olaraq ardıcıl dörd Qran-Pridə bir komandanın hər iki pilotu yürüşləri ilk iki pillədə başa vurub.