İstanbul Böyükşəhər Bələdiyyəsinin yeni sədri Əkrəm İmamoğlu bütün həmkarlar ittifaqları və ictimai birlik üzvləri ilə görüşüb.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, yeni mer 1 Mayda işçilərin yürüşü üçün icazə veriləcəyini açıqlayıb. O, yürüş üçün meydanlardan birinin seçiləcəyini söyləyib.
Xatırladaq ki, İstanbulda 2013-cü ildən 1 May yürüşünün keçirilməsinə icazə verilmirdi.