logo

"Formula-1 SOCAR Azərbaycan Qran-Pri"sinin sıralanma turu başlayıb

17:02 27-04-2019 | icon 3157
"Formula-1 SOCAR Azərbaycan Qran-Pri"sinin sıralanma turu başlayıb

Aprelin 27-də saat 17:00-da Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin sıralanma turu başlayıb.

YeniAvropa xəbər verir  ki, yürüşə hər biri iki pilotdan ibarət 10 komanda qatılıb. “Mercedes” komandasının heyətində Luis Hamilton və Valtteri Bottas, “Ferrari” komandasında Sebastian Fettel, Şarl Lekler, “Williams”ın heyətində Corc Rassell və Ronert Kubitsa yarışırlar. “Red Bull Racing” komandasında Ryer Qasli, Maks Ferstappen, “Racing Point”də Serxio Peres və Lens Stroll, “Renault”da isə Niko Hulkenberq ilə Daniel Rikkardo mübarizə aparırlar. Bundan başqa, “Toro Rosso”nun heyətində Aleksandr Albon və Daniil Kvyat, “Alfa Romeo”da Antinio-Covinatsi, Kimi Raykonnen, “McLaren”də Lando Norris və Karlos Sayns yürüşdə iştirak edirlər. Pilotlar Roman Qroxan və Kevin Maqnussen isə “Haas” komandasının idman şərəfini qoruyurlar.

Yürüş iştirakçıları bir saat ərzində uzunluğu 6 kilometr olan Bakı trekində yarışacaqlar.

Aprelin 28-də isə "Formula-1" azarkeşləri Azərbaycan "Qran-Pri"sində qalib adı uğrunda mübarizənin şahidi olacaqlar.