Cənubi Koreya sakinləri KXDR ilə sərhəddə 500 km-lik canlı zəncir yaradıb
Cənubi Koreya sakinləri aprelin 27-də sülh əlaməti olaraq Koreya yarımadasını bölən demilitarizasiya zonası boyu 500 kilometr uzunluğunda canlı zəncir qurub.
YeniAvropa "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, təşkilat komitəsinin nümayəndəsi Kim San Okun sözlərinə görə, aksiya əvvəlcədən müəyyən edilmiş plana tam uyğun baş tutub.
“Bəzi skeptiklərin belə böyük miqyaslı tədbirin keçirilməsinin mümkünlüyü barədə şübhələrinə baxmayaraq, hər şey çox gözəl alındı... Aksiyanın əsas məqsədi Koreya yarımadasının cənub hissəsinin sakinlərinin başları üzərində sakit səma istədiyini göstərmək olub. Biz müharibə barədə düşünmədən övladlarımızı boya-başa çatdırmaq, işləmək, adi həyat sürmək istəyirik. Sərhədin qarşı tərəfində yaşayan koreyalıların da bunu arzuladıqlarına əminik. Məhz buna görə yarım milyon insan əl-ələ verib 15 dəqiqə ərzində 38-ci paralel boyu Koreya yarımadasının qərb sahilindən şərq sahilinədək canlı zəncir qurdu”, - deyə o bildirib.
Aralarında xarici ölkə vətəndaşlarının da olduğu hər bir iştirakçı təşkilati işlər üçün 10 min von (təxminən 9 dollar) ödəməli idi. Tədbirin təşkilindən sonra artıq qalan vəsait humanitar layihələrə xərclənəcək.
Tədbir Koreyanın həm şimalinda, həm də cənubunda miqyaslı şəkildə qeyd edilən Yaponiya əleyhinə üsyanın 100 illiyinə həsr olunub. Bundan başqa, düz bir il öncə hər iki ölkənin sərhədində Koreya Respublikasının Prezidenti Mun Ce-in və KXDR lideri Kim Çen In arasında ilk görüş baş tutmuşdu. Tərəflər tarixi sammitin nəticələrinə əsasən, koreyalararası münasibətlərin sonrakı normallaşdırılma prosesinin əsasını qoyan Phanmuncom deklarasiyasını imzalamışdı. Cənubi Koreya prezidenti yarımadanı ayıran demilitarizasiya zonasının zaman keçdikcə sülh xəttinə çevriləcəyinə, koreyalararası əlaqələrin aktivləşməsinin isə hər iki ölkə əhalisinə, o cümlədən dənizçilərə və sərhədyanı rayonların sakinlərinə təhlükəsizlik təminatı verəcəyinə əminliyini ifadə etmişdi.
Demilitarizasiya zonası faktiki olaraq Koreya Respublikası və KXDR arasında sərhəd rolunu oynayır. Neytral zolağın uzunluğu 241 kilometr, eni 4 kilometrdir.
Zakir Həsənov Slovakiyada rəsmi səfərdədir
Hindistan Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyir
Faktiki hava:Bəzi rayonlarıa küləyin sürəti saniyədə 28 metrə çatır
İlham Əliyevə “Çingiz Aytmatov” ordeni təqdim edilib
AFFA “Turan Tovuz”la “Qarabağ”ı cərimələyib
Hazırda "bp"də 2401 nəfər Azərbaycan vətəndaşı çalışır
Əlcəzairli qadın Olimpiya çempionu kişi çıxıb
Tələbələrimiz ilk dəfə Tacikistanda təhsil alacaqlar
UEFA Avropa Liqası: “Qarabağ”ın səfər oyununa hakimi bəlli olub
Azərbaycan Şanxay Beynəlxalq İdxal Sərgisində təmsil olunur
Sabah Bakıda arabir yağış yağaca,14° isti olacaq
Paşinyanın qadın namizədi ədliyyə naziri təyin edilib
MİDA Sumqayıt və Lənkəranda tikdiyi mənzilləri satışa çıxarır
İlham Əliyev Qırğızıstana izgüzar səfərə gedib
Cari ildə “Azəri-Çıraq-Günəşli”dən 13 milyon ton neft çıxarılıb
Daxili İşlər Nazirliyi qadın əməkdaşlar üçün müsabiqə keçirir
İndiyədək BTC kəməri ilə 583 milyon ton neft nəql edilib
Cüdoçumuz Fərhad Rəcəbli 12 qat dünya çempionu olub
ABŞ-da prezident seçkiləri keçirilir
AQTA nöqsanlar aşkarlanan “Can Ciyər” kafesini bağlatdırıb
Azərbaycan nefti 76,19 dollara satılır
Küləkli hava şəraiti sabah səhər saatlarınadək davam edəcək
"İnterpol"la axtarılan şəxs Almaniyadan Azərbaycana ekstradisiya edilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb
Bakıda Dünya dini liderlərinin III Sammiti keçirilir