logo

Azərbaycanlı paralimpiyaçı dünya kubokunda qızıl medal qazanıb

16:57 25-04-2019 | icon 2842
Azərbaycanlı paralimpiyaçı dünya kubokunda qızıl medal qazanıb

Azərbaycanın pauerliftinq üzrə paralimpiya yığmasının üzvü Pərvin Məmmədov Macarıstanın Eger şəhərində keçirilən dünya kubokunda qızıl medal qazanıb.

Azərbaycan Milli Paralimpiya Komitəsindən YeniAvropa-ya verilən məlumata görə, Pərvin Məmmədov 49 kiloqrama qədər çəki dərəcəsində kişilər arasında keçirilən yarışlarda ən yaxşı nəticəni göstərib. O, 140 kiloqram çəkini qaldıraraq birinci yerə layiq görülüb. Eyni çəki dərəcəsində ikinci yeri 128 kiloqram nəticə ilə polşalı idmançı Slavomir Symanski qazanıb. Səudiyyə Ərəbistanı Krallığının idmançısı Olaymi Maysar 125 kiloqram nəticə ilə üçüncü yerə layiq görülüb.

Pərvin Məmmədov bu qələbə ilə Tokio Yay Paralimpiya Oyunlarında iştirak etmək şansını artırıb.