logo

Qazaxıstanda ilk dəfə prezidentliyə  qadının namizədliyi irəli sürülüb

09:47 25-04-2019 | icon 3010
Qazaxıstanda ilk dəfə prezidentliyə  qadının namizədliyi irəli sürülüb

Qazaxıstanın "Ak Jol" Demokratik Partiyasının XV növbədənkənar qurultayı keçirilib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, qurultayda partiyanın prezident seçkilərində iştirakı və namizədliyin irəli sürülməsi məsələləri müzakirə olunub.

Qurultayda növbədənkənar prezident seçkilərində Daniya Yespayevanın namizədliyi irəli sürülüb. O, Parlament Məclisinin VI çağırış deputatıdır.

Beləliklə, Daniya Yespayeva Qazaxıstanda prezident seçkilərində namizədliyi irəli sürülən ilk qadın olub.

Qazaxıstanda növbədənkənar prezident seçkiləri bu il iyunun 9-da keçiriləcək.