logo

İstanbulda çökmə təhlükəsi olan 26 bina boşaldılıb

23:44 24-04-2019 | icon 2877
İstanbulda çökmə təhlükəsi olan 26 bina boşaldılıb

İstanbulun Kağıthane rayonunda uçan dördmərtəbəli binanın ardından çökmə təhlükəsi olan daha 26 bina boşaldılıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,  boşaldılmış binaların sakinləri ərazidəki otellərə yerləşdiriliblər.

Əraziyə baxış keçirən Türkiyənin ətraf mühit və şəhərsalma naziri Murad Kurum hadisə ilə bağlı məlumat verib. Bildirib ki, çökmə hadisəsi ilə bağlı ərazinin coğrafi təhlilləri aparılır. Təhlillərin nəticələrinə əsasən ərazinin yenidən qurulması planlaşdırılır.