logo

Bu il Əfqanıstanda 581 mülki vətəndaş həyatını itirib

20:49 24-04-2019 | icon 2954
Bu il Əfqanıstanda 581 mülki vətəndaş həyatını itirib

Bu ilin ilk üç ayında Əfqanıstanda 581 mülki vətəndaş müharibə səbəbindən həyatını itirib, 192 nəfər isə yaralanıb.

YeniAvropa xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə BMT-nin Əfqanıstana yardım missiyası məlumat verib. Məlumatda ölənlərin 150-nin uşaq olduğu bildirilir. Ölüm hallarının 39 faizinə görə Taliban yaraqlıları, 12 faizinə görə İŞİD terror təşkilatı, 17 faizinə görə milli ordu, 13 faizinə görə ölkədəki xarici silahlı qruplaşmalar, qalan hissəsinə görə isə digər müxalif qruplar məsuliyyət daşıyır.

Qeyd edək ki, ötən ilin eyni dövründə bu ölkədə müharibə səbəbindən 799 mülki vətəndaş həyatını itirmişdi.