logo

Tramp bu il də “soyqırımı” ifadəsini işlətmədi

18:17 24-04-2019 | icon 3059
Tramp bu il də “soyqırımı” ifadəsini işlətmədi

ABŞ prezidenti Donald Tramp 1915-ci il aprelin 24-də Osmanlı İmperiyası dönəmində ermənilərə qarşı baş verənləri yenə “böyük fəlakət” adlandırıb.

YeniAvropa xəbər verir  ki, bu barədə  Türkiyənin "NTV" telekanalı məlumat yayıb.

Qeyd edilib ki, Tramp ötən il olduğu kimi bu il də "soyqırımı" ifadəsini işlətməyib.

O, 1915-ci il aprelin 24-ü ilə bağlı açıqlamasında həmin günləri “Meds Yeghern” (“Böyük fəlakət”) adlandırıb.