Şri-Lankada kilsə və hotellərdə törədilən silsilə partlayışlar nəticəsində ölənlərin sayı 359 nəfərə çatıb.
YeniAvropa "RİA Novosti" agentliyinə istinadla xəbər verir ki, bu barədə “Ada Derana” portalı məlumat yayıb.
Daha əvvəl 321 nəfərin öldüyü məlum idi.
Xatırladaq ki, aprelin 21-də pasxa bayramı zamanı Şri-Lankada silsilə partlayışlar törədilib. Daha bir partlayıcı qurğu isə aprelin 22-də Kolombo şəhərində yük maşınında aşkarlanıb və zərərsizləşdirilib. Səhiyyə Nazirliyinin məlumatına görə, həlak olan 41 insanın cəsədi hələ də tanınmamış qalır.
Partlayışlara görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.
Faciə ilə əlaqədar aprelin 23-ü ölkədə matəm günü elan edilib.