Rusiya prezidenti Vladimir Putin aprelin 25-də Vladivostokda KXDR lideri Kim Çen In ilə görüşəcək.
YeniAvropa "TASS"a istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
O qeyd edib ki, bu görüş V.Putinlə Şimali Koreya lideri arasında ilk təmas olacaq.
Xatırladq ki, bir qədər əvvəl "Yonhap" agentliyi Rusiya prezidenti Vladimir Putinin Pekində keçiriləcək beynəlxalq tədbirdə iştirak üçün Çin paytaxtına səfərindən əvvəl Vladivostokda KXDR lideri Kim Çen In ilə görüşəcəyi barədə məlumat yayıb.