NASA yeni marsoxodun yığılmasını başa çatdırıb
NASA-nın texnikləri yeni marsoxodun – “Mars 2020 Rover” kosmik aparatının yığılmasını başa çatdırıblar və onun sınaqlarının final mərhələsinə başlayıblar. YeniAvropa xəbər verir ki, bu məlumat "Space.com" saytının ABŞ-ın Pasadina şəhərində yerləşən Reaktiv Hərəkət Laboratoriyasının nümayəndələrinə istinadla yaydığı xəbərində yer alıb.
Laboratoriyanın nümayəndəsi Devid Qryuel bildirib ki, sınaq və tamamlama işləri 2020-ci ilin iyuluna qədər davam edəcək. Onun sözlərinə görə, qarşıdakı aylarda montaj işlərinin keyfiyyəti yoxlanılacaq, habelə yürüş, akustik və digər sınaqlar keçiriləcək. Kosmik aparat bir həftə ərzində kosmosda olan bütün şəraitin yaradıldığı termobarokamerada qalacaq.
Altı təkərli və avtomobil böyüklüyündə olan bu elmi laboratoriyanın uzunluğu cəmi 3 metr, eni 2,7 metr, hündürlüyü isə 2,2 metrdir. Kosmik aparatın çəkisi 1050 kiloqramdır. Onun hazırlanmasında 2012-ci ildə Marsa göndərilmiş və hələ də orada öz missiyasını yerinə yetirən “Curiosity” aparatının detallarından istifadə olunub. Kosmik aparatın hissələrinin bir neçəsi Fransa, İspaniya və Norveçdə hazırlanıb. “Mars 2020”nin kosmosa buraxılması üçün Kanaveral burnundakı kosmodromda “Atlas-5” raketdaşıyıcısından istifadə edilməsi nəzərdə tutulur. Aparatın Marsın səthinə enməsi 2021-ci ildə - Qırmızı planetdəki 45 kilometr diametri olan Cezero kraterində həyata keçiriləcək.
NASA bildirib ki, kosmik aparatın missiyasının əsas səbəbi Marsda həyat əlamətlərinin tapılmasıdır. Belə ki, “Mars 2020” planetin geoloji quruluşunu, atmosferinin tərkibini öyrənəcək, onun təbii ehtiyatlarını və gələcəkdə buraya gələcək insanların qarşılaşacağı təhlükələri araşdıracaq. Məsələn, kosmik aparatın göyərtəsində Marsın atmosferindəki oksigenin səviyyəsini ölçmək üçün xüsusi cihaz quraşdırılıb. Bundan başqa, aparat Marsın səthindən torpaq nümunələri götürəcək və onlar gələcəkdə Yerə çatdırılacaq.
NASA Marsa ilk pilotlu kosmik gəmini isə 2030-cu illərdə göndərməyi planlaşdırır.
Zakir Həsənov Slovakiyada rəsmi səfərdədir
Hindistan Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyir
Faktiki hava:Bəzi rayonlarıa küləyin sürəti saniyədə 28 metrə çatır
İlham Əliyevə “Çingiz Aytmatov” ordeni təqdim edilib
AFFA “Turan Tovuz”la “Qarabağ”ı cərimələyib
Hazırda "bp"də 2401 nəfər Azərbaycan vətəndaşı çalışır
Əlcəzairli qadın Olimpiya çempionu kişi çıxıb
Tələbələrimiz ilk dəfə Tacikistanda təhsil alacaqlar
UEFA Avropa Liqası: “Qarabağ”ın səfər oyununa hakimi bəlli olub
Azərbaycan Şanxay Beynəlxalq İdxal Sərgisində təmsil olunur
Sabah Bakıda arabir yağış yağaca,14° isti olacaq
Paşinyanın qadın namizədi ədliyyə naziri təyin edilib
MİDA Sumqayıt və Lənkəranda tikdiyi mənzilləri satışa çıxarır
İlham Əliyev Qırğızıstana izgüzar səfərə gedib
Cari ildə “Azəri-Çıraq-Günəşli”dən 13 milyon ton neft çıxarılıb
Daxili İşlər Nazirliyi qadın əməkdaşlar üçün müsabiqə keçirir
İndiyədək BTC kəməri ilə 583 milyon ton neft nəql edilib
Cüdoçumuz Fərhad Rəcəbli 12 qat dünya çempionu olub
ABŞ-da prezident seçkiləri keçirilir
AQTA nöqsanlar aşkarlanan “Can Ciyər” kafesini bağlatdırıb
Azərbaycan nefti 76,19 dollara satılır
Küləkli hava şəraiti sabah səhər saatlarınadək davam edəcək
"İnterpol"la axtarılan şəxs Almaniyadan Azərbaycana ekstradisiya edilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb
Bakıda Dünya dini liderlərinin III Sammiti keçirilir