Kasım-Jomart Tokayev Qazaxıstanda keçiriləcək növbədən kənar seçkilərində namizədliyinin qeydə alınması üçün sənədlərini MSK-ya təqdim edib.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev MSK–da dövlət dilində bilik imtahanlarından uğurla keçib.
Qaydalara əsasən, namizədlər qazax dilində düzgün oxumalı, yazmalı, sərbəst danışmalı, çətinlik çəkmədən düşüncələrini ifadə etməyi bacarmalıdırlar.