logo

Hakim “Nur otan” partiyası Tokayevi prezidentliyə namizəd irəli sürdü

18:57 23-04-2019 | icon 3108
Hakim “Nur otan” partiyası Tokayevi prezidentliyə namizəd irəli sürdü

Qazaxıstanda hakim “Nur otan” partiyasının XIX növbədənkənar qurultayı keçirilib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, ölkənin birinci prezidenti Nursultan Nazarbayevin sədrliyi ilə keçirilən qurultayda prezidentliyə namizəd seçilib. Partiyanın sədri növbədənkənar prezident seçkilərinə Kasım-Jomart Tokayevin namizədliyini irəli sürüb.

Qeyd edək ki, Nursultan Nazarbayev istefe verdikdən sonra, öz yerinə  Kasım-Jomart Tokayevin namizədliyini irəli sürmüşdü və hazırda o, dövlət başçısının səlahiyyətlərini yerinə yetirməkdədir. 

Xatırladaq ki, Qazaxıstanda növbədənkənar prezident seçkiləri iyunun 9-də keçiriləcək.