logo

Ukraynadakı Krım tatarları Vladimir Zelenskiyə müxalifətdə olacaqlar

13:11 23-04-2019 | icon 3577
Ukraynadakı Krım tatarları Vladimir Zelenskiyə müxalifətdə olacaqlar

Ukraynada yaşayan Krım tatarları yeni seçilmiş prezident Vladimir Zelenskiyə qarşı konstruktiv müxalifətdə olacaqlarını bəyan ediblər.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə Krım tatarlarının lideri, deputat Mustafa Cəmilov məlumat verib.

Onun sözlərinə görə, Krım tatarları Petro Poroşenkonun komandasında qalacaqlar. “Biz Poroşenkonun komandasıyıq, Krım tatarları onu aktiv dəstəkləyir. Sözsüz ki, Krım tatarları Zelenskiyə qarşı müxalifətdə olacaqlar”, - deyə M.Cəmilov əlavə edib.

Qeyd edək ki, aprelin 21-də Ukraynada keçirilən prezident seçkilərinin ikinci turunda V.Zelenski böyük səs çoxluğu ilə qalib gəlib. Artıq xarici ölkələrin dövlət başçıları Zelenskini Prezident seçilməsi münasibətilə təbrik edirlər. Seçkiləri uduzan Poroşenko isə aprelin 22-də Prezident Administrasiyası qarşısında onu dəstəkləyən kütlə qarşısında çıxışı zamanı, növbəti prezident seçkilərində namizədliyini irəli sürəcəyini bəyan edib.