logo

Qazaxıstanda bütün dövlət kommunikasiya xidmətləri “Kazinform”a birləşdirilir

11:23 23-04-2019 | icon 3115
Qazaxıstanda bütün dövlət kommunikasiya xidmətləri “Kazinform”a birləşdirilir

Qazaxıstanda Mərkəzi Kommunikasiya Xidməti ləğv edilir, “Kazkontent” və “Kazinform” birləşəcək.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, Mərkəzi Kommunikasiya Xidmətinin keçirdiyi mətbuat konfranslarını bundan sonra “Kazinform” İnformasiya Agentliyi SC-nin birləşmiş strukturu təşkil edəcək. Qazaxıstan hökumətinin qərar layihəsində “Kazinform” İnformasiya Agentliyinin “Kazkontent”ə birləşdiriləcəyi bildirir. Yeni qurum “Kazinform” Beynəlxalq İnformasiya Agentliyi adlandırılacaq.

"Bnews.kz", "Strategy2050.kz", "Baq.kz", "Kaztube.kz", eləcə də baş nazirin rəsmi internet səhifəsi və digər internet resursların aktivləri olan “Kazkontent” SC yenidən təşkil olunacaq. “Kazinform”un funksiyalarına dövlət siyasətinə informasiya dəstəyi, Qazaxıstanın müsbət beynəlxalq imicinin formalaşdırılması, bütün formatlarda mətbuat tədbirləri üçün konsultasiya və praktik xidmətlərin göstərilməsi, mediada reklam təqdimatı, informasiya fəaliyyətinin səmərəliliyinin artırılması, mətbuat xidmətlərinin fəaliyyəti və media sahəsində ekspert dəstəyi üçün tədbirlər həyata keçirilməsi, informasiya və kommunikasiya infrastrukturunun idarə olunması daxil edilib.

Xatırladaq ki, 2012-ci ildə yaradılmış Mərkəzi Kommunikasiya Xidməti Qazaxıstan prezidenti yanında fəaliyyət göstərib, 2016-cı ildən isə hökumətin tabeliyinə verilib.