Şri-Lankanın paytaxtı Kolomboda və Neqombo şəhərində 3 kilsə və 3 hoteldə, ardınca isə digər iki məkanda törədilmiş silsilə partlayışlar nəticəsində ölənlərin sayı 310-a çatıb. Təxminən 500 nəfər yaralı var.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, ötən gecədən etibarən ölkədə fövqəladə vəziyyətin tətbiqinə başlanılıb. Aprelin 21-dən isə komendant saatı qüvvədədir.
Hadisə ilə bağlı 40 nəfərin saxlanıldığı bildirilir. Hələlik heç bir qrup məsuliyyəti öz üzərinə götürməsə də, hakimiyyət orqanları hücumlarda “Tövhid camaatı” qruplaşmasını ittiham edib.