logo

Sadıbek Tugel Qazaxıstanda prezidentliyə ilk namizəd oldu

10:59 23-04-2019 | icon 2968
Sadıbek Tugel Qazaxıstanda prezidentliyə ilk namizəd oldu

Qazaxıstanın Mərkəzi Seçki Komissiyası ölkədə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar ilk namizədi qeydə alıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki,  aprelin 22-də  Sadıbek Tugel sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edib. Onun namizədliyi “Böyük səhra qartalları” İctimai Birliyi tərəfindən irəli sürülüb.

Xatırladaq ki, Qazaxıstanda növbədənkənar prezident seçkiləri iyunun 9-da keçiriləcək.