logo

"Eyfel qülləsi qaranlığa bürünüb

20:31 22-04-2019 | icon 3262
"Eyfel qülləsi qaranlığa bürünüb

Fransanın paytaxtı Parisdəki məşhur "Eyfel" qülləsi Şri-Lankada törədilmiş terror aktları nəticəsində həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq qaranlığa bürünüb.

YeniAvropa xəbər verir  ki, bu barədə "CNN" telekanalı məlumat yayıb.Bildirilib ki, artıq dünyada baş verən dəhşətli fəlakətlərin qurbanlarının xatirəsini bu üsulla yad etmək Fransa paytaxtında bir ənənə halını alıb. "Eyfel" qülləsinin sosial şəbəkələrdəki səhifəsində deyilir: “Bu gün, axşam saat 12-dən etibarən Şri-Lankada terror hücumlarının qurbanlarının xatirəsini anmaq üçün mən öz işıqlarımı söndürürəm”.

Xatırladaq ki, aprelin 21-də Pasxa bayramı zamanı Şri-Lankada törədilən partlayışlar seriyası nəticəsində azı 290 nəfər həlak olub, 500-ə yaxın insan isə yaralanıb.

Qeyd edək ki, "Eyfel" qülləsinin işıqları sonuncu dəfə 2017-ci ilin mayında – İngiltərənin Mançester şəhərində konsert zamanı 22 nəfərin ölümü ilə nəticələn terror aktından sonra söndürülüb.