logo

Peskov: Putin-Zelenski əməkdaşlığından danışmaq hələ tezdir

19:09 22-04-2019 | icon 3458
Peskov: Putin-Zelenski əməkdaşlığından danışmaq hələ tezdir

Rusiya prezidenti Vladimir Putinin Ukraynanın yeni seçilmiş prezidentini təbrik etməsindən və əməkdaşlıqdan danışmaq hələ tezdir.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

Dmitri Peskovun sözlərinə görə, prezident Vladimir Putinin Ukraynanın yeni seçilmiş prezidentini təbrik etməsindən və onunla birgə işləyib-işləməyəcəyini zaman göstərəcək.

"Rusiya dövlət başçısının yeni seçilmiş prezident Vladimir Zelenski ilə birgə işləyib-işləməyəcəyi sonuncunun konkret işlərindən və konkret addımlarından asılıdır",-deyə  Dmitri Peskov vurğulayıb.