logo

“Huawei”  ilk 3 ayda 59 milyon smartfon satıb

16:10 22-04-2019 | icon 2807
“Huawei”  ilk 3 ayda 59 milyon smartfon satıb

Çinin iri telekommunikasiya avadanlığı şirkəti olan “Huawei”in cari ilin birinci rübündə dövriyyəsi 39 faiz çoxalaraq 26,82 milyard dollara çatıb.

YeniAvropa şirkətin saytına istinadla xəbər verir ki, bu dövrdə “Huawei”in xalis gəliri ötən ilin eyni dövrünə nisbətən bir qədər çox - 8 faiz təşkil edib. Şirkətin dövriyyəsində əsas hissəni təşkil edən smartfon satışları da daxil olmaqla, istehlak biznesində inkişaf davam edib. Hesabat dövründə “Huawei” 59 milyon smartfon satıb. Bildirilir ki, “Huawei” yanvar-mart aylarında dünyanın müxtəlif şirkətləri ilə beşinci nəsil mobil rabitə şəbəkəsi (5G) üzrə 40 müqavilə imzalayıb. Bundan başqa, dünya üzrə 70 mindən çox 5G baza stansiyası satılıb.

Qeyd edək ki, 1987-ci ildə yaradılan “Huawei” informasiya-kommunikasiya texnologiyaları və mobil cihazlar üzrə ixtisaslaşıb. Şirkətin fəaliyyəti 170-dən çox ölkə və regionu əhatə edir. Əməkdaşlarının ümumi sayı 180 mini ötüb. Ötən il şirkətin qlobal satış dövriyyəsi 107,5 milyard dollar, xalis gəliri isə 8,82 milyard dollar olub.