Şimali Makedoniyada keçirilən prezident seçkilərində səsvermənin ilkin nəticələri açıqlanıb.
YeniAvropa Şimali Makedoniyanın Dövlət Seçki Komissiyasının (DSK) rəsmi saytına istinadla xəbər verir ki, səslərin sayılması davam edir. Yerli vaxtla saat 20:00-a (Bakı vaxtı ilə saat 22.00) olan məlumata görə, Stevo Pendarovski 42.25 faiz səslə irəlidədir. Xanım Gordana Silyanovska ondan təxminən 3 faiz geridə qalır.
Qeyd edək ki, Şimali Makedoniyada keçirilən prezident seçkilərində üç əsas namizəd- Stevo Pendarovski, Gordana Silyanovska və Blerim Reka mübarizə aparıb.
Mövcud hakimiyyət, o cümlədən ölkənin türk icmaları Stevo Pendarovskini müdafiə edirlər. Namizədlərdən hər hansı biri səsvermədə iştirak edən seçicilərin səsinin 50 faizdən çoxunu qazanmasa, o zaman DSK mayın 5-də səsvermənin ikinci turunu keçirəcək.