Şimali Makedoniya Respublikasında prezident seçkiləri keçirilir.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, yerli vaxtla saat 07:00-da ölkə ərazisində 3480 seçki məntəqəsi fəaliyyətə başlayıb.
Səsvermə yerli vaxtla saat 19:00-da yekunlaşacaq. Respublikada səsvermə hüququ olan 1,8 milyon vətəndaş var. Seçkilərdə hazırki hökumət koalisiyası tərəfindən dəstəklənən Stevo Pendarovski, müxalifət partiyalarından isə Gordana Silyanovska Davkova və Blerim Reka yarışırlar.
Qeyd edək ki, ilkin nəticələr səsvermə bitdikdən sonra, yekun nəticələr isə aprelin 22-də bilinəcək.
Xatırladaq ki, qonşu Yunanıstanın eyniadlı vilayətinin olması səbəbi ilə israrla təkiddən sonra , bu il fevralın 12-dən etibarən Makedoniya rəsmi olaraq Şimali Makedoniya Respublikası adlandırılıb.