ABŞ prezidenti Donald Tramp Vaşinqtonda işgüzar səfərdə olan Türkiyə nümayəndə heyətinin rəhbəri Berat Albayrakı qəbul edib.
YeniAvropa "Anadolu" agentliyinə istinadla xəbər verir ki, B.Albayrak sosial şəbəkədəki hesabında ABŞ Prezidenti ilə keçirilən görüşün məhsuldar olduğunu bildirib. Onun sözlərinə görə, Birləşmiş Ştatların maliyyə naziri Stiv Mnunçin və ABŞ Prezidentinin müşaviri Cared Kuşnerin də iştirak etdiyi görüşdə iki ölkə arasında maliyyə və ticarət sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib.
Türkiyənin ticarət naziri Ruhsar Pekcan və müdafiə naziri Hulusi Akarın da daxil olduğu nümayəndə heyəti Vaşinqtonda ticarət və maliyyə məsələləri ilə yanaşı, hərbi sahədə əlaqələri də müzakirə ediblər.