logo

Sərxoş NATO hərbçisi Litvada həbs olunub

18:10 16-04-2019 | icon 3227
Sərxoş NATO hərbçisi Litvada həbs olunub

NATO hərbçisi sərxoş halda oğurluq əməlinə görə Litvada həbs olunub.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,  hərbçinin bu əməli törətməsi NATO tərəfindən təsdiq olunub.

Bildirilir ki, bir nəfər beş cinayətkar tərəfindən qarət olunması barədə polisə şikayət verdikdən dərhal sonra təhqiqata başlanılıb. Məlum olub ki, qarətdə iştirak edənlərdən biri NATO qoşunlarında xidmət edən 20 yaşlı norveçli hərbçidir. O, müvəqqəti olaraq vəzifəsindən uzaqlaşdırılıb.