Türkiyənin təhlükəsizlik qüvvələri aprelin 15-də narkotik maddələrin qaçaqmalçılığı ilə məşğul olan qrupu saxlayıb.
YeniAvropa Türkiyənin Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadla xəbər verir ki, Aralıq dənizində keçirilən əməliyyat nəticəsində “Pervin oğulları” balıqçı gəmisində 5 ton narkotik maddə aşkar olunub. Bildirilir ki, Türkiyə bayrağı altında üzən “Pervin oğulları” gəmisi fevralın 5-də İzmir limanından beynəlxalq sulara doğru hərəkət edib. Narkotik maddənin Türkiyə ərazisinə gətirilməsi planlaşdırılıbmış. Gəmidə şübhəli qismində biri qadın olmaqla 6 nəfər həbs olunub.