logo

Qazaxıstanda prezident seçkilərinə 25 milyon dollar ayrılıb

13:29 15-04-2019 | icon 2989
Qazaxıstanda prezident seçkilərinə 25 milyon dollar ayrılıb

Qazaxıstan hökuməti ölkədə keçiriləcək növbədənkənar prezident seçkiləri üçün təxminən 9,4 milyard təngə (25 milyon ABŞ dolları) ayırıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, seçkilər üçün məbləğin Qazaxıstan Respublikası Hökumətinin ehtiyat fondundan ayrılması haqqında qətnamə qəbul edilib.

Qeyd edək ki, Qazaxıstan Mərkəzi Seçki Komissiyası növbədənkənar prezident seçkilərinin keçirilməsi üçün Maliyyə Nazirliyinə 12 milyard təngənin (31,5 milyon dollar) ayrılması ilə əlaqədar müraciət etmişdi.