Aprelin 21-də Ukraynada keçiriləcək prezident seçkilərinin ikinci turuna xarici müşahidəçilərin marağı böyükdür.Arelin 13-nə olan məlumata görə Ukraynada prezident seçkilərinin ikinci turunu izləmək üçün 2360 xarici müşahidəçi qeydiyyatdan keçib.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə Ukrayna Mərkəzi Seçki Komissiyasından məlumat verilib.
Məlumata görə, ABŞ-dan 63, Polşadan 40, Slovakiyadan 16, Fransadan 15, Almaniyadan 13 müşahidəçi qeydə alınıb. Həmçinin Azərbaycan, İsveç, Litva, Çexiya, Yaponiya, İordaniya, İspaniya, Argentina, Norveç, Türkiyə, Belçika, Portuqaliya, Moldova və İsveçrədən olan müşahidəçilər də qeydiyyatdan keçiblər.
Bundan əlavə beynəlxalq təşkilatlardan da 2369 müşahidəçi qeydə alınıb.
Xatırladaq ki, martın 31-də keçirilən seçkilərin birinci turunda rəsmi nəticəyə əsasən prezidentliyə namizədlərdən Vladimir Zelenski seçicilərin 30,24 faizinin (5 713 825 nəfər), Petro Poroşenko isə 15,95 faizinin (3 014 523 nəfər) səsini toplayıb.