ABŞ Dövlət Departamenti vətəndaşlarına 35 ölkəyə səyahət etməməyi tövsiyə edib. Birləşmiş Ştatların xarici siyasət idarəsinin bu bəyanatı həmin ölkələrdə öz vətəndaşlarının qaçırılma təhlükəsi ilə üzləşəcəyi ilə əlaqədardır.
YeniAvropa "BBC" telekanalının saytına istinadla xəbər verir ki, Dövlət Departamentinin riskli ölkələr siyahısında qaçırılma təhlükəsi “K” hərfi, terror isə “T” ilə işarələnib. Yenilənmiş siyahıya silahlı münaqişə olan ölkələrdən Əfqanıstan, Pakistan, Konqo Demokratik Respublikası, Əlcəzair, Yəmən, Liviya ilə yanaşı, Birləşmiş Ştatlarla münasibətləri gərgin olan Rusiya, Türkiyə, İran da daxil edilib.