logo

Rusiyada yeni doğulan uşaqların sayında ciddi azalma var

16:13 12-04-2019 | icon 2996
Rusiyada yeni doğulan uşaqların sayında ciddi azalma var

2018-ci ildə Rusiyada 1 milyon 604 min uşaq doğulub. Bu, 2017-ci illə müqayisədə 90 min nəfər və ya 5,4 faiz azdır.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Rusiyanın əmək və sosial müdafiə naziri Maksim Topilin məlumat verib.

Nazir deyib ki, 2017-ci ildə əhalinin artımında təxminən 200 min nəfər azalma müşahidə olunurdu. Hökumətin vəziyyəti yaxşılaşdırmaq üçün hazırladığı demoqrafik paket 2018-ci ildə qüvvəyə minib. M.Topilin görülən tədbirlərin müsbət nəticələr verəcəyinə ümid etdiyini və hökumətin körpə dünyaya gətirən ailələrin sosial müdafiəsini gücləndirəcəyini bildirib.