Venesuela neft ehtiyatına görə dünyanın ən zəngin ölkəsidir.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, 2018-ci ilin sonuna Venesuelanın 302,25 milyard barrel neft ehtiyatı olub. Bu göstərici ilə Venesuelanın qlobal neft ehtiyatındakı payı 17,8 faiz təşkil edib.
İkinci sırada 266,2 milyard barrel ehtiyatla Səudiyyə Ərəbistanı və üçüncü yerdə isə 170,5 milyard barrellə Kanada qərarlaşıb. İlk onluqda müvafiq olaraq 157,2 milyard barrellə İran, 148,7 milyard barrel ilə İraq, 101,5 milyard barrel ehtiyatla Küveyt, 97,8 milyard barrellə Birləşmiş Ərəb Əmirlikləri, 80 milyard barrel ilə Rusiya, 48,3 milyard barrel ehtiyatla Liviya və 37,4 milyard barrellə Nigeriya qərarlaşıb.
Qeyd edək ki, hesablamalara görə, Azərbaycan neft ehtiyatı ilə zəngin dünyanın 20-ci ölkəsidir. Azərbaycanda dəqiqləşdirilmiş çıxarıla bilən neft-kondensat ehtiyatı 1,5 milyard ton, qaz ehtiyatı isə 2 trilyon 550 milyard kubmetr həcmindədir. Proqnozlaşdırılan neft ehtiyatı 2 milyard ton, qaz ehtiyatı isə 3 trilyon 450 milyard kubmetrdir. Başqa sözlə, Azərbaycanda dəqiqləşdirilmiş çıxarıla bilən karbohidrogen ehtiyatı neft ekvivalentində 4 milyard 50 milyon ton, proqnoz karbohidrogen ehtiyatı isə neft ekvivalentində 5 milyard 450 milyon tondur. Beləliklə, ölkəmizin ümumi karbohidrogen ehtiyatları şərti yanacaqla 9,5 milyard ton həcmində qiymətləndirilir.