Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev aprelin 14-15-də Özbəkistana ilk rəsmi dövlət səfərini edəcək.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, Kasım-Jomart Tokayev Özbəkistan prezidenti Şavkat Mirziyoyevlə ticarət, iqtisadi, sosial-humanitar və tranzit-nəqliyyat sahələrində əməkdaşlığın daha da möhkəmləndirilməsinə, eləcə də regional və beynəlxalq gündəliyin əsas mövzularına dair ikitərəfli əməkdaşlığın aktual məsələlərini müzakirə edəcək. Bir sıra mühüm sənədlərin imzalanması planlaşdırılır.
Bundan əlavə, prezidentlər Özbəkistanda keçiriləcək Qazaxıstan ilinin açılış mərasimində iştirak edəcəklər.