logo

Dariqa Nazarbayeva: "Prezident seçkilərində şəffaflıq təmin ediləcək"

18:49 11-04-2019 | icon 2975
Dariqa Nazarbayeva: "Prezident seçkilərində şəffaflıq təmin ediləcək"

Vəzifəmiz Qazaxıstanda prezident seçkilərinin qanuniliyini və şəffaflığını təmin etməkdir.

 YeniAvropa xəbər verir  ki, bu sözləri Qazaxıstan Senatının plenar iclasında spiker Dariqa Nazarbayeva ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsinə münasibət bildirərək deyib. Sədr qeyd edib ki, qarşıdakı seçkilər ölkənin quruculuğuna və tərəqqisinə yeni təkan verəcək, gələcəyinə böyük təsir göstərəcəkdir.

Qeyd edək ki, ölkə başçısı Kasım-Jomart Tokayev iyunun 9-da Qazaxıstanda növbədənkənar prezident seçkilərinin keçirilməsi haqqında sərəncam imzalayıb.