logo

Gürcüstan 4 ölkədən səfirləri geri çağırır

14:47 11-04-2019 | icon 2793
Gürcüstan 4 ölkədən səfirləri geri çağırır

Gürcüstanın baş naziri Mamuka Baxtadze Estoniya, İsrail, Moldova və Küveytdəki səfirləri geri çağırmaq barədə qərar qəbul edib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,  baş nazir bununla bağlı prezident Salome Zurabişviliyə müraciət edib.

Müraciətdə Gürcüstanın Estoniyadakı səfirinin cari il iyunun 1-dən, İsrail və Küveytdəki səfirlərin iyulun 1-dən, Moldovadakı səfirin isə 2020-ci il yanvarın 1-dən etibarən tutduqları vəzifədən azad olunmaları qeyd edilir.