logo

Sudanda hərbi çevriliş olub-hərbçilər prezidenti həbs ediblər

10:37 11-04-2019 | icon 3206
Sudanda hərbi çevriliş olub-hərbçilər prezidenti həbs ediblər

Afrika qitəsinin şimal-şərqində yerləşən Sudanda ordu hərbi çevriliş edib.

 YeniAvropa xəbər verir  ki, bu barədə “Al-Mayadin” telekanalı məlumat yayıb. Bildirilib ki, hərbçilər prezident Ömər əl-Bəşir başda olmaqla dövlətin yüksək ranqlı məmurlarını həbs ediblər. Prezident iqamətgahı hərbçilər və zirehli texnika ilə mühasirəyə alınıb. Hökumətin buraxıldığı elan edilib.  

Xatırladaq ki, Ömər əl-Bəşir 1944-cü ildə kəndli ailəsində dünyaya gəlib. 16 yaşından  ordu sıralarına yazılan Ömər sonradan ordu komandanınadək yüksəlir. !989-cu ildə Sudanın üsyançı qüvvələrinə rəhbərlik edir. 1989-cu il iyun ayının 30-da əl-Bəşir Demokrat Partiyası hökumətini devirməklə hakimiyyətə gəlir.Ölkənin prezidenti və eyni zamanda baş naziri olur.