logo

İran öz neftini sata bilmir

14:57 10-04-2019 | icon 2961
İran öz neftini sata bilmir

Artıq beşinci gündür ki, İran enerji birjasına çıxartdığı 1 milyon ton neftini sata bilmir.

 YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, İran neftinin 1 barrelinin qiyməti dünya bazarında 63,36 dollar həcmində müəyyənləşib. Bu da digər ölkələrin neftinin qiymətindən aşağıdır. Hazırda dünya bazarında 1 barrel neftin qiyməti 70 dolları ötüb. Buna baxmayaraq, İran neftinə alıcı tapa bilmir.

İranın Milli Neft Şirkətinin nümayəndəsi Əmir Hüseyni jurnalistlərə bildirib ki, qiymətin aşağı olmasına baxmayaraq artıq 5-ci dəfədir ki, İran birjaya çıxartdığı nefti sata bilmir. Onun sözlərinə görə, satılmayan neft yenidən birjaya çıxarılacaq