Almaniyanın avtomobil brendi "BMW" Çin bazarında satdığı 121 min 381 avtomobili elektrik sistemindəki qüsurlara görə geri çağırır.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Çinin Bazar Tənzimlənməsi üzrə Dövlət Administrasiyasından bildiqilib. Qeyd edilib ki, geri çağırılan avtomobillər 2009-2011-ci illərdə Çində istehsal olunan və xaricdən idxal edilən "BMW" 318i, 320i, 325i and X1 model nəqliyyat vasitələridir.
Mütəxəssislərin qənaətinə görə, konstruksiya qüsurları səbəbindən elektrik kabellərində qoşulmada problemlər ortaya çıxa bilər ki, bu da təhlükəli halların yaranması ilə nəticələnər.
"BMW"nin Çindəki tərəfdaşı “Brilliance China Automotive Holdings” qüsurlu hissələri öz hesabına dəyişəcək.