logo

Gürcüstanda prezident iqamətgahı yeni təyinatla fəaliyyət göstərəcək

16:43 09-04-2019 | icon 3038
Gürcüstanda prezident iqamətgahı yeni təyinatla fəaliyyət göstərəcək

Gürcüstanın paytaxtı Tbilisi şəhərinin mərkəzi Avlabar rayonunda yerləşən və 2004-2009-cu illərdə sabiq prezident Mixeil Saakaşvilinin təşəbbüsü ilə inşa olunan prezident iqamətgahının statusu dəyişdirilib.

 YeniAvropa xəbər verir  ki, bu barədə Gürcüstan prezidentinin mətbuat katibi Xatia Moistsrapişvili məlumat verib. Onun sözlərinə görə, uzun sürən müzakirələrdən sonra prezident, hökumət və parlament həmin binanın Dövlət Mərasimləri Sarayı kimi fəaliyyət göstərməsi barədə razılığa gəliblər.

Xatırladaq ki, sabiq dövlət başçısı Giorgi Marqvelaşvili prezident kimi Avlabar iqamətgahında fəaliyyət göstərib.

Lakin yeni prezident Salome Zurabişvili həmin binada işləməkdən imtina edib.

Qeyd edək ki, bundan əvvəl bəzi deputatlar və hökumət rəsmiləri iqamətgahda Milli Gürcü Mədəniyyəti Muzeyinin yerləşəcəyini bildirmişdilər.