Qazaxıstanın hakim "Nur Otan" partiyası aprelin sonunadək növbəti qurultayı keçirməyə hazırlaşır.
YeniAvropa "Kazinform" agentliyinə istinadla xəbər verir ki, bu barədə "Nur Otan"ın katibi Aliya Buriyeva məlumat verib.
"Hələlik qurultayın dəqiq tarixi bəlli deyil. Hesab edirəm ki, aprelin sonunadək biz partiyamızın qurultayını keçirə biləcəyik. Bundan əvvəl isə biz regionlarda konfraslar keçirib qurultaya nümayəndələr seçməliyik. Qurultayda isə səs çoxluğu qazanan şəxs prezidentliyə namizəd olacaq",- deyə hakim partiya rəsmisi vurğulayıb.
Xatırladaq ki, bu gün Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev xalqa ünvanladığı bəyanatında iyunun 9-da ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsi haqqında qərar qəbul edilidiyi bildirib.