logo

Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçiriləcək

14:58 09-04-2019 | icon 3178
Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçiriləcək

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bu gün xalqa ünvanladığı bəyanatında  iyunun 9-da ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsi haqqında qərar qəbul edilidiyi vurgulayıb.

 YeniAvropa "Kazinform" agentliyinə istinadla xəbər verir ki, Kasım-Jomart Tokayev bununla bağlı  Elbaşı  Nursultan Nazarbayevlə məsləhətləşmişdiyini deyib : "Mən həmçinin hökumət və parlament rəhbərləri, Konstitusiya Şurası və partiyaların üzvləri ilə görüşlər keçirmişəm. Növbədənkənar seçkilərin keçirilməsi çox mühüm və zəruri addımdır. Mən 2019-cu il iyunun 9-da prezident seçkilərinin keçirilməsi haqqında qərar qəbul etmişəm”.

Prezident əlavə edib ki, Qazaxıstanın daxili siyasətində sabitlik və davamlılıq təmin olunmalıdır.