logo

Moskvada Rusiya və Türkiyə qarşılıqlı "Mədəniyyət və Turizm İli"nin açılışı olub

13:53 09-04-2019 | icon 2961
Moskvada Rusiya və Türkiyə qarşılıqlı "Mədəniyyət və Turizm İli"nin açılışı olub

Moskvada Rusiya və Türkiyə qarşılıqlı Mədəniyyət və Turizm İlinin açılışı olub.

 YeniAvropa xəbər verir  ki,  Moskvadakı Böyük Teatrın tarixi səhnəsində Ankara Dövlət Opera və Balet Teatrı artistlərinin ifasında “Troya” operası böyük uğurla nümayiş etdirilib.

Tədbiri Rusiya mədəniyyət naziri Vladimir Medinski və Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Ərsoy açıblar.

Nazir Vladimir Medinski çıxışında qeyd edib ki, qarşılıqlı Mədəniyyət və Turizm İli çərçivəsində keiriləcək hər tədbir mədəni irsin təbliğinə, turizmin inkişafına, iki xalq arasında dostluq əlaqələrinin genişlənməsinə yönəldilib. O, maraqlı və parlaq səhnə əsəri olan “Troya” operasını Moskva tamaşaçılarına təqdim etdiklərinə görə türkiyəli dostlarına təşəkkürünü bildirib.

Türkiyəli nazir Mehmet Ərsoy iki ölkə arasında dostluq əlaqələrinin dərin köklərindən danışıb. O xatırladıb ki, böyük türk şairi Nazim Hikmət bir çox sevilən əsərlərini məhz Rusiyada yaradıb.

Nazir qarşılıqlı Mədəniyyət və Turizm İlinin bu əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcəyinə əminlik ifadə edərək bildirib ki, türk mədəniyyət və incəsənət xadimləri bir il ərzində Moskvada, Sankt-Peterburqda, Kazanda rusiyalı tamaşaçılarla görüşəcəklər.

“Troya” operasının müəllifi və bədii rəhbəri Murat Karaxandır. Opera antik Troya şəhərinin UNESCO-nun mədəni irs siyahısına daxil eddilməsinin 20-ci ildönümü münasibətilə 2018-ci ildə səhnələşdirilib.