logo

YSK İstanbulda AKP-nin səslərin yenidən sayılması tələbini rədd etdi

11:57 09-04-2019 | icon 2891
YSK İstanbulda AKP-nin səslərin yenidən sayılması tələbini rədd etdi

Türkiyə Yüksək Seçim Kurulu (YSK) hakim Ədalət və İnkişaf partiyasının (AKP) İstanbulun bəzi rayonlarında bələdiyyə seçkilərində verilmiş səslərin yenidən hesablanması tələbini rədd edib.

 YeniAvropa “Sözcü” qəzetinə istinadən xəbər verir ki, YSK-nın bu qərarını şərh edərkən AKP-də bunu seçicilərin hüquqlarının kobud şəkildə pozulması adlandırıblar.

“AKP İstanbulda seçkilərin nəticələrinin saxtalaşdırılmasına dair sübutlar göstərib. Lakin hansısa səbəblər üzündən YSK səslərin yenidən hesablanması tələbini rədd edib”, - iqtidar partiyasının bəyanatında deyilir.

Qeyd edək ki. daha öncə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İstanbulda seçkilərin nəticələrinin az qala bütünlüklə saxtalaşdırıldığını bildirmişdi.