Moskvada Rusiya- Türkiyə Yüksək Əməkdaşlıq Şurasının iclası keçirilib
Aprelin 8-də Moskvada Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında görüş, Rusiya-Türkiyə Yüksək Əməkdaşlıq Şurasının VIII iclası, həmçinin dövlət başçılarının iştirakı ilə iki ölkənin işgüzar dairələrinin biznes forumu keçirilib.
YeniAvropa "Kremlin.ru" saytına istinadla xəbər verir ki, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Yüksək Əməkdaşlıq Şurasının VIII iclasında çıxış edən Rusiya prezidenti deyib: “Sizi Moskvada salamlamaqdan məmnunuq və biz bu gün Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının səkkizinci iclasını keçiririk. Burada ictimaiyyətin təmsilçiləri, habelə biznesmenlərin iştirakı ilə ikitərəfli əlaqələrimizin perspektivlərini müzakirə edir”. Rusiyanın dövlət başçısı əlavə edib ki, türkiyəli həmkarı ilə bu il keçiriləcək mədəniyyət və turizm ili çərçivəsində tədbirlər ətrafında da fikir mübadiləsi aparılıb. Onun sözlərinə görə, ötən il iki ölkə arasında ticarətin həcmi 15 faiz artaraq 25 milyard dollara çatıb.
Vladimir Putin qeyd edib ki, Rəcəb Tayyib Ərdoğanla görüşündə 2023-cü ildə istifadəyə veriləcək “Akkuyu” atom elektrik stansiyasının tikintisi, “Türk Axını” layihəsinin vaxtında başa çatdırılması məsələləri də nəzərdən keçirilib. O, həmçinin beynəlxalq məsələlər, iki dövlətin müdafiə nazirlikləri arasında əməkdaşlığın perspektivlərinin də müzakirə olunduğunu diqqətə çatdırıb. Rusiya prezidenti bildirib ki, Moskva və Ankara arasında yüksək texnologiyalar, kənd təsərrüfatı, nəqliyyat, maşınqayırma sahələrində də əməkdaşlıq inkişaf edir. O, iş adamlarını onları narahat edən problemləri açıq şəkildə dilə gətirməyə çağırıb, həmçinin iyunun 6-8-də keçiriləcək Sankt-Peterburq beynəlxalq forumunda fəal iştirak etməyə dəvət edib.
Türkiyə prezidenti çıxışında bildirib ki, rusiyalı həmkarı ilə birlikdə işgüzar dairələrlə yeni layihələrin həyata keçirilməsini planlaşdırır. Onun sözlərinə görə, bu gün 1300-dən çox türk iş adamı Rusiyada uğurla fəaliyyət göstərir. Rəcəb Tayyib Ərdoğan əlavə edib ki, hazırda Rusiya Türkiyənin ticarət dövriyyəsində üçüncü yeri tutur. O, iki ölkə arasında əmtəə dövriyyəsinin indiki 26 milyard dollardan gələcəkdə 100 milyard dollara çatdırmaq üçün yeni layihələrin həyata keçiriləcəyini də qeyd edib. Əlavə edib ki, bunun üçün müvafiq nazirliklərə tapşırıqlar verilib.
Zakir Həsənov Slovakiyada rəsmi səfərdədir
Hindistan Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyir
Faktiki hava:Bəzi rayonlarıa küləyin sürəti saniyədə 28 metrə çatır
İlham Əliyevə “Çingiz Aytmatov” ordeni təqdim edilib
AFFA “Turan Tovuz”la “Qarabağ”ı cərimələyib
Hazırda "bp"də 2401 nəfər Azərbaycan vətəndaşı çalışır
Əlcəzairli qadın Olimpiya çempionu kişi çıxıb
Tələbələrimiz ilk dəfə Tacikistanda təhsil alacaqlar
UEFA Avropa Liqası: “Qarabağ”ın səfər oyununa hakimi bəlli olub
Azərbaycan Şanxay Beynəlxalq İdxal Sərgisində təmsil olunur
Sabah Bakıda arabir yağış yağaca,14° isti olacaq
Paşinyanın qadın namizədi ədliyyə naziri təyin edilib
MİDA Sumqayıt və Lənkəranda tikdiyi mənzilləri satışa çıxarır
İlham Əliyev Qırğızıstana izgüzar səfərə gedib
Cari ildə “Azəri-Çıraq-Günəşli”dən 13 milyon ton neft çıxarılıb
Daxili İşlər Nazirliyi qadın əməkdaşlar üçün müsabiqə keçirir
İndiyədək BTC kəməri ilə 583 milyon ton neft nəql edilib
Cüdoçumuz Fərhad Rəcəbli 12 qat dünya çempionu olub
ABŞ-da prezident seçkiləri keçirilir
AQTA nöqsanlar aşkarlanan “Can Ciyər” kafesini bağlatdırıb
Azərbaycan nefti 76,19 dollara satılır
Küləkli hava şəraiti sabah səhər saatlarınadək davam edəcək
"İnterpol"la axtarılan şəxs Almaniyadan Azərbaycana ekstradisiya edilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb
Bakıda Dünya dini liderlərinin III Sammiti keçirilir