logo

Qazaxıstan prezidenti ATƏT-in sədri ilə görüşüb

17:48 08-04-2019 | icon 3094
Qazaxıstan prezidenti ATƏT-in sədri ilə görüşüb

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər və Avropa naziri Miroslav Layçakla görüşüb.

 YeniAvropa ölkə başçısının rəsmi “Akorda.kz” saytına istinadla xəbər verir ki, görüşdə prezident Qazaxıstanın xarici siyasətinin sülhsevər mövqedə olduğunu, beynəlxalq təşkilatlarla konstruktiv əməkdaşlığı dəstəklədiyini bildirib.

Görüşdə, həmçinin regional və beynəlxalq gündəliyin aktual məsələləri, habelə Qazaxıstanın ATƏT ilə əlaqələrinin perspektivləri müzakirə edilib.