logo

Gürcüstan parlamenti orta məktəblərdə buraxılış imtahanlarını ləğv edib

16:30 08-04-2019 | icon 2884
Gürcüstan parlamenti orta məktəblərdə buraxılış imtahanlarını ləğv edib

Gürcüstan parlamenti orta məktəblərdə buraxılış imtahanlarının ləğvi ilə bağlı hökumətin təşəbbüsünü dəstəkləyib.

 YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, layihə aprelin 5-də səsvermədən keçməmişdi. Bu gün layihə üçüncü oxunuşda yenidən səsverməyə çıxarılıb. Deputatlardan 80 nəfəri qanun layihəsinin lehinə, 8-i isə əleyhinə səs verib.

Məlumat üçün qeyd edək ki, Gürcüstanda orta məktəblərdə buraxılış imtahanları 11-ci və 12-ci siniflərdə keçirilirdi. “Ümumi təhsil haqqında” qanun qüvvəyə mindikdən sonra şagirdlərin attestat alması qaydaları da dəyişib. İndi attestat almaq üçün şagirdlər bütün fənlər üzrə 10 ballıq sistemlə 5 baldan çox qiymət almalıdırlar.

Maraqlıdır ki, bu qanun əvvəlki illərdə buraxılış imtahanlarından kəsilən şagirdlərə də tətbiq olunacaq. Belə ki, əvvəlki illərdə bütün fənlərdən 5 və daha çox bal toplayan şagirdlər də attestat ala biləcəklər.