logo

Türkiyədə torpaq sürüşməsi səbəbindən bir kənd boşaldılır

19:32 07-04-2019 | icon 2758
Türkiyədə torpaq sürüşməsi səbəbindən bir kənd boşaldılır

Türkiyənin Hakkari vilayətinin Çukurca rayonunun Ormanlı kəndi ərazisində torpaq sürüşməsi baş verib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, aramsız yağışlar nəticəsində yaranan sürüşmə 55 evin olduğu kənd əhalisində ciddi təşviş yaradıb. Artıq 15 ailə kəndi tərk edib.

Yerli KİV-lərin yaydığı məlumatda bildirilir ki, dağ yamacında yerləşən Ormanlıdakı evlərin əksəriyyətində böyük çatlar əmələ gəlib. Yerli rəhbərlik əhalini köçürülməsi üçün aidiyyəti qaydada müraciət edib.